Rada Zelenskiyə görə tələblə BMT-yə müraciət edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası ölkə prezidenti Vladimir Zelenskinin Ukraynada hakimiyyəti qəsb etməsi faktlarına cavab verməlidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ali Radanın deputatı Aleksandr Dubinski Telegram vasitəsilə beynəlxalq təşkilata belə bir tələblə müraciət edib.

...BMT Təhlükəsizlik Şurası Zelenskinin hakimiyyəti qəsb etməsi məsələsinə baxmalı və müvafiq cavab verməlidir.

Bunu deputat bildirib.

O, Ukraynada diktaturanın mövcudluğunun hüquqi fakt kimi tanınmalı olduğuna əmin olduğunu bildirib.

Bundan əvvəl Dubinski Zelenskini dərhal hakimiyyətdən uzaqlaşdırmağa çağırmışdı. Onun sözlərinə görə, Zelenskinin dövlətin başında olması cinayətdir və ölkənin mövcudluğunu təhlükə altına alır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə