Ukrayna prezidenti Vladimir Zelenski cümə axşamı bildirib ki, Kiyevin iştirakı olmadan Ukrayna onun taleyi ilə bağlı heç bir ikitərəfli razılaşmanı qəbul etməyəcək.
O, ABŞ və Rusiya arasında Ukraynadan yan keçməklə mümkün razılaşmalardan danışıb.
Zelenskinin sözlərinə görə, müharibəyə son qoymaq üçün danışıqlar masasında Avropa ölkələri də təmsil olunmalıdır. …Bu gün hadisələrin danışıqların ikitərəfli olması üçün hər şeyi etmək istəyən Putinin planına uyğun inkişaf etməməsi vacibdir, - deyə Zelenski jurnalistlərlə söhbətində bildirib.
Ukrayna prezidenti ABŞ prezidenti Donald Trampla bir gün əvvəl baş tutan söhbətinə münasibət bildirib.
Zelenski deyib ki, o, Trampın Rusiya lideri Vladimir Putinə ilk zəng etməsini “prioritetlərin əksi” hesab etmir.
Eyni zamanda, Zelenski bunun onun üçün xoşagəlməz olduğunu etiraf edib.
Bunu BBC qeyd edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə