Rusiyanın ən böyük 5-ci sırasında yer alan və Moskva bölgəsini yanacaqla təmin edən Rosneft-in Ryazan neft emalı zavodu, digərləri ilə yanaşı, tədarükləri dayandırıb.
SİA xəbər verir ki, bu barədə “Reuters” sənaye mənbələrinə istinadən məlumat yayıb.
Artıq xəbər verildiyi kimi, cümə gecəsi ildə 13,7 milyon ton neft istehsal gücünə malik zavod Ukrayna pilotsuz təyyarələrinin kütləvi reydinin hədəfinə çevrilib. Müdafiə Nazirliyinin məlumatına görə, hücumda 120-dən çox PUA iştirak edib.
Nəticədə, müəssisədə dəmiryolunun yanacaq yükləmə platformasında yanğın baş verib.
“Reuters” mənbələri bildiriblər: 20 min ton yanacaq çəni yanıb və digər çənlər sıradan çıxıb.
Və nəticədə zavoddan yanacağın yüklənməsi dayandırılmalı olub. Bunu zavodun fəaliyyəti ilə tanış olan mənbə bildirib. “Reuters”-in başqa bir mənbəsinə görə, zavodun bu yanacaq növü üçün gücünün 100 faizini təmin edən reaktiv yanacağının hidrotəmizləmə qurğusu da yanıb.
Üçüncü mənbə “Reuters”-ə bildirib ki, yanğın zavoddan sutkada təxminən 30 000 ton neft məhsullarının dəmir yolu ilə tədarükünün azalmasına və ya tamamilə dayanmasına səbəb ola bilər.
...Hələlik dəqiqlik yoxdur. Yanğın söndürüldükdən sonra dəymiş ziyan və fəsadlar müəyyən ediləcək. Daşınmalarda ilkin gecikmələr olacaq.
Xatırladaq ki, keçən il ölkədəki bütün neft emalının 5%-ni təşkil edən Rosneft-in ən böyük zavodu olan Ryazan Neft Emalı Zavodu iki dəfə dronların hücumuna məruz qalıb. Mart ayında NEZ-də iki neft emalı qurğusu yanıb, bundan sonra zavod üç həftə ərzində benzin və dizel yanacağının istehsalını kəskin şəkildə azaldıb. May ayında daha bir zavodda yanğın baş verib, lakin yanğın ciddi ziyan vurmayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə