İraqın şimalında həyata keçirilən "Pəncə-Kilid" əməliyyatı bölgəsində separatçı terror təşkilatı PKK-nın 4 üzvü zərərsizləşdirilib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Milli Müdafiə Nazirliyi bəyanat yayıb.
"Türkiyə Silahlı Qüvvələri terrorçulara ağır zərbələr endirməyə davam edir. İraqın şimalında həyata keçirilən "Pəncə-Kilid" əməliyyatı bölgəsində aşkar edilən 4 PKK terrorçusu zərərsizləşdirilib'',-deyə bəyanatda vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə