İtaliya Baş nazirinin müavini Suriyanın və Livanın yeni liderləri ilə görüşüb
İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Suriyaya və Livana səfər edib.
SİA xəbər verir ki, Antonio Tayani Dəməşqə səfəri zamanı Suriyanın yeni siyasi lideri Əhməd əl-Şara ilə görüşüb. Nazir qeyd edib ki, bu gündən İtaliya ilə Suriya arasında siyasi, diplomatik və dostluq əlaqələrinin yeni dövrü başlayır. Bildirilib ki, İtaliya tarixi zəngin əlaqələri olan Aralıq dənizi ölkəsinin iqtisadi və sosial bərpasını dəstəkləməyə hazırdır.
Antonio Tayani Beyruta səfəri çərçivəsində isə Livan Prezidenti Cozef Aun ilə görüşüb. O, İtaliya hökumətinin bütün Yaxın Şərqdə sülhün təmin olunması və möhkəmləndirilməsinə qətiyyətlə sadiq qaldığını vurğulayıb.
İtaliya Nazirlər Şurasının məlumatına görə, İtaliyanın Baş naziri Ciorcia Meloni Livan Prezidenti seçilən general Cozef Auna öz adından və İtaliya hökuməti adından təbriklərini çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə