Rusiya -NATO: onilliklər ərzində münaqişə, yaxşılaşmaya ümid yoxdur
...Politoloq Aleksey Çesnakov bildirib ki, Rusiya ilə NATO arasında fikir ayrılıqları uzun onilliklər ərzində davam edəcək. Mümkün müvəqqəti irəliləyişlərə baxmayaraq, ölkələr bir-birinə düşmən olaraq qalırlar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, politoloq və Cari Siyasi Məsələlər Mərkəzinin elmi şurasının rəhbəri Aleksey Çesnakov hesab edir ki, Rusiya ilə NATO arasında mövcud fikir ayrılıqları onilliklər boyu davam edəcək.
Rus saytına verdiyi müsahibəsində o, yaxın gələcəkdə tərəflərin dərin ziddiyyətləri aradan qaldıra bilməyəcəyini vurğulayıb.
Onun fikrincə, hətta Ukrayna ətrafında böhran başa çatsa belə, Rusiya ilə NATO arasında normal münasibətlərə qayıtmaq mümkün olmayacaq.
O qeyd edib ki, aqressiv ritorikanın müvəqqəti zəifləməsi mümkündür, lakin ümumilikdə tərəflər arasında münasibətlər son dərəcə gərgin olaraq qalır.
Çesnakov Rusiya və NATO-nun bir-birini düşmən kimi gördüyünə diqqət çəkib.
Qərb siyasətçiləri bunu açıq şəkildə bəyan edirlər və Rusiya daha dinc ritorikaya baxmayaraq, alyansın düşməncəsinə hərəkətlərini tanıyır. Politoloq vurğulayıb ki, Rusiya tərəfinin münasibətlərin yaxşılaşması ilə bağlı heç bir illüziyası yoxdur.
Bildirilir ki, geosiyasi ekspert Avropa İttifaqının Rusiyaya tərəf dönə biləcəyini deyib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ABŞ və NATO-nun Rusiyaya qarşı təhdidlər yaratacağı təqdirdə cavab alacağını demişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə