Cənubi Koreyada təyyarə qəzası yerinə 1,5 minə yaxın mütəxəssis gəlib

Cənubi Koreyanın Muan hava limanında baş verən təyyarə qəzasından sonrakı işlərə polis, xilasedicilər və hərbçilər daxil olmaqla 1,5 mindən çox insan cəlb edilib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının Dövlət Əraziləri, İnfrastruktur və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəza yerinə fövqəladə hallar xidmətinin 490 əməkdaşı (xilasedicilər və tibb işçiləri), 455 polis əməkdaşı, 340 hərbçi, eləcə də regional hakimiyyət orqanlarının əməkdaşları - ümumilikdə 1562 nəfər gəlib.

Muan Beynəlxalq Hava Limanında təyyarə qəzasında ölənlərin təsdiqlənmiş sayı 124 nəfərə çatıb. Hakimiyyət orqanları təyyarənin quyruq hissəsində olan iki ekipaj üzvü istisna olmaqla, bütün sərnişinlərin və ekipaj üzvlərinin (müvafiq olaraq 175 və 6 nəfər) öldüyünü ehtimal edir.

“Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yetirən yetirən “Boeing 737-800” təyyarəsi saat 9.07 radələrində Muan hava limanında eniş edərkən uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 181 nəfər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə