Cənubi Koreyada təyyarə qəzasında ölənlərin sayı 179 nəfərə çatıb - YENİLƏNİB

Cənubi Koreyada Muan hava limanında “Boeing 737-800” təyyarəsinin qəzaya uğraması nəticəsində yalnız iki nəfərin xilas olduğu bildirilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yanğınsöndürmə xidmətinin ilkin məlumatına əsasən, 179 nəfər həlak olub. Hələlik 85 nəfərin ölümü təsdiqlənib.

“Yonhap” agentliyi sağ qalanlar barədə məlumatların fərqli olduğunu bildirir. İddia edilir ki, iki qadın və bir ekipaj üzvü xilas olub. “Reuters”in məlumatına görə, iki ekipaj üzvü - bir kişi və bir qadın xilas olub.

Bütün xəbərlər Facebook səhifəmizdə