Kazan hava limanı fəaliyyətini dayandırıb

Kazan hava limanı müvəqqəti olaraq təyyarələri qəbul etmir və yola salmır. SİA xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

Qeyd olunub ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib, digər təfərrüatlar açıqlanmayıb.

Bir qayda olaraq, belə tədbirlər pilotsuz uçuş aparatlarının (PUA) hücum təhlükəsi səbəbindən tətbiq edilir. Yerli hakimiyyət orqanları hələ ki, vəziyyətlə bağlı heç bir şərh verməyib. Oxşar məhdudiyyətlər dekabrın 27-də də tətbiq edilmişdi.

Müdafiə Nazirliyinin məlumatına görə, dekabrın 21-də Kazanda altı PUA vurulub. Bələdiyyə şəhərin üç rayonunda yanğınların baş verdiyini bildirib. Bir neçə nəfər xəsarət alıb, cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə