Hind okeanında Fransanın dənizaşırı ərazisi olan Mayottanı vuran “Şido” qasırğası nəticəsində ölənlərin sayı 14-ə çatıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.
Arxipelaq sakinlərinə yardım əməliyyatında təxminən 1,6 min polis və jandarm iştirak edir. Regiona tibbi avadanlıqlarla təchiz edilmiş hərbi təyyarə göndərilib.
Qasırğa Mayottanı şənbə günü vurub. Küləyin sürəti saatda 200 kilometri ötüb. Hazırda qasırğa səngiyib, lakin Mayottanın bütün sakinlərindən (təxminən 320 min nəfər) xüsusi diqqətli olmaq xahiş edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə