Ərdoğan Suriyanın 5 şəhərini Türkiyəyə ilhaq etmək istəyir...?

Politoloq Qlazunov: Türkiyə Suriya ərazilərinin bir hissəsini əlindən almaq üçün səy göstərəcək

Rusiylı hərbi ekspert, Oleq Qlazunov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ərazisinin bir hissəsinin ölkəyə birləşdirilməsi üçün əlindən gələni edəcəyini deyir.

SİA-nın əldə etdiyi məlumata görə, rus saytlarına danışan Qlazunov, siyasətçinin Suriyanın beş şəhərini ələ keçirmək şansını qiymətləndirib.

...Düşünürəm ki, Ərdoğan neo-osmanlıçılıq layihəsi çərçivəsində ərazinin müəyyən hissəsini əlindən almağa çalışacaq. Çoxları bu layihənin dayandığını və yavaşladığını düşünür, amma yox, Ərdoğan Atatürkün uğurlarını sınamaq istəyir. O, görkəmli türk xadimi, ikinci Atatürk kimi görünmək istəyir, ona görə də bütün bunların əvvəllər Osmanlı İmperiyasına aid olduğunu əsas gətirərək, paytaxt Dəməşq də daxil olmaqla, Suriyadakı bütün bu şəhərləri nəzarət altına almağa çalışacaq.

Deməli, bunu rus alim bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dəməşq, Hələb, Rakka, Həma və İdlibi ölkəyə birləşdirmək niyyətində olduğunu bildirib.

...Hələb, İdlib, Dəməşq və Rakka dediyimiz şəhərlər Antep, Hatay, Urfa kimi vilayətlərimizə çevriləcək.

Qlazunovun dediyinə görə, o, həmçinin Birinci Dünya Müharibəsinin nəticələrini nəzərdən keçirəcəyini və əvvəllər Osmanlı əyalətləri olan Suriya ərazilərini ilhaq edəcəyini vəd edib..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə