Artıq universitetlər də etirazlara dəstək veriblər...
...Gürcüstan prezidenti Salome Zurabişvili məktəbləri hökumət əleyhinə etirazlara qoşulmağa çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, X sosial şəbəkəsində yazıb.
...Universitetlərdən sonra bütün Gürcüstanda baş verən etirazlarla həmrəy olduqlarını bildirmək növbəsi məktəblərə çatır, - deyə prezident bildirib.
Gürcüstanda polislə toqquşmalarla müşayiət olunan kütləvi küçə etirazları davam edir.
Baş nazir İrakli Kobaxidzenin noyabrın 28-də hakimiyyətin 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük danışıqlarını gündəmdən çıxardığını və Tbilisinin Avropanın maliyyə yardımından imtina etdiyini bildirməsindən sonra onlar hiddətləndilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə