Artıq məlum olduğu kimi...
...Genişmiqyaslı müharibənin 1000-ci günündə Ukrayna ABŞ-ın uzaqmənzilli ATACMS raketlərindən istifadə edərək Rusiya daxilindəki hərbi hədəfi vurub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Financial Times” məlumatlı mənbələrə istinadən yazır.
Raketlərin Rusiyanın Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığında, Ukrayna ilə sərhəddən 115 kilometrdən çox və Ukrayna Silahlı Qüvvələrinin davam etdiyi qonşu Kursk vilayətində cəbhə xəttinin 190 kilometr şimalında yerləşən böyük silah arsenalına düşdüyü bildirilir.
“Financial Times” qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi ATACMS zərbəsini təsdiqləyib və altı raketdən beşinin vurulduğunu bildirib.
Ukrayna rəsmiləri hücumun Amerika raketləri tərəfindən həyata keçirildiyini təsdiqləməyib.
“Financial Times” əlavə edib ki, zərbə Kiyevin ABŞ prezidenti Cozef Baydendən icazə aldıqdan sonra Rusiya ərazisində ABŞ istehsalı olan uzaqmənzilli silahlardan ilk dəfə istifadə etməsidir.
...Baydenin qərarı ilə tanış olan insanlar, prezidentin Rusiyada ATACMS-dən məhdud istifadəyə icazə verdiyini və çox güman ki, Ukraynaya Kursk bölgəsindəki əməliyyatında kömək etmək üçün istifadə ediləcəyini söyləyib.
Rusiya Pxenyanın göndərdiyi ağır artilleriya və raket sistemləri ilə silahlanmış 10 mini Şimali Koreyalı da daxil olmaqla Kurskda 50 min hərbçi toplayıb
Bunu da nəşr yazır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə