Qazaxıstanda keçmiş məsciddə partlayış

Qazaxıstanın Akmola vilayətinin Sabındı kəndindəki keçmiş məsciddə qaz partlayışı nəticəsində üç nəfər ölüb. SİA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi bildirib.

“1978-ci il təvəllüdlü bir kişi həlak olub. Xilasedicilər dağıntılar altından 1983-cü il təvəllüdlü bir qadının və 2012-ci il təvəllüdlü bir uşağın cəsədini tapıblar. 16 yaralı Astana şəhər xəstəxanasına çatdırılıb”, – məlumatda diqqətə qeyd olunub.

Məlumata görə, xilasedicilər binadan altı qaz balonunu çıxarıblar, ümumilikdə isə yeddi balon olub.

Bütün xəbərlər Facebook səhifəmizdə