Sarı uyğurlar, dili və məskunlaşma yerləri

Məqaləni məsləhətçi professor Gülsüm Killi Yılmazın töhfələri ilə əməkdaşımız, Fəlsəfə elmləri doktoru Səidə Burhanəddinova təqdim edir

Uyğur türkləri VIII əsrin ortalarında bugünkü Monqolustan ərazisində (745 - 840) qurduqları dövlətin süqutundan sonra yurdlarını tərk etmiş, bir qismi cənuba, digər qismi isə cənub-qərbə köç etmişlər. Cənuba köç edən uyğurlar Kansu Uyğur dövləti, cənub-qərbə gedənlər isə Hoço Uyğur dövləti yaradıblar. Hal-hazırda Çin Xalq Respublikası ərazisində yaşayan Sarı uyğurlar Kansu, yeni uyğur türkləri və ya Şərqi Türküstan coğrafiyasında yaşayanlar isə Hoço dövlətlərinin qurucularının davamçıları sayılır.

SİA Sizə Türkiyə saytlarına istinadən "Türk dilinin sehirli dünyası" rubrikamızda Çin Xalq Respublikası ərazisində varlığını sürdürən Sarı uyğur türkləri, dili və yaşadıqları yerlərdən danışacağıq. Məqaləni məsləhətçi professor Gülsüm Killi Yılmazın töhfələri ilə əməkdaşımız, Fəlsəfə elmləri doktoru Səidə Burhanəddinova təqdim edir.

Tarixdə Kansu və Hoço adları ilə iki fərqli dövlətdə yeni birlik yaradan uyğur türkləri bu gün yaşadıqları coğrafiya, danışdıqları dil, həyat tərzləri və qəbul etdikləri din baxımından fərqlənsələr də, bütövlükdə qədim türk xalqının nəvə-nəticələridir.

Sarı uyğur türkləri bu gün Çinin Kansu və ya Qansu vilayətində, xüsusilə Sunan Sarı Uyğur Muxtar Vilayəti və ona bağlı kəndlərdə yaşayırlar. Buradan əlavə, az sayda Şərqi Türküstan və ya Sincan Uyğur Muxtar Bölgəsinin Komul şəhərinə bağlı Daquanvan qəsəbəsi, Qetajing kəndi və Çanqji Dunqan Muxtar bölgəsinə bağlı Manas qəsəbəsində yaşayırlar. Onların əsas yaşadığı Kansu vilayətinə bağlı muxtariyyət dairəsindəki uyğurlar 2017-ci ilin qeydlərinə görə təxminən 10.400 nəfərdir.

Soydaşları tərəfindən “sarığ”, “seriq”, “sarı” adlandırılan uyğurlar özlərinə “yuğur”, “yoğur”, “sarığ uyğur” deyirlər. Onlardan Çağatay türkcəsində yazılmış "Tarix-i Rəşidi" əsərində "Sarığ uyğur" olaraq bəhs edilir, Çin Xalq Respublikası qeydlərində isə “Sarı uyğur” və ya "yuqu" adlanırlar.

XX əsrdən bəri başlayan tədqiqatlarda Kansu ətrafındakı Sarı uyğurların adındakı "sarı" və ya "sarığ" sözü üçün türkoloqlar tərəfindən müxtəlif fikirlər irəli sürülüb. Bu, onlardan bəzilərinin Sarı papaq taxdıqları və ya sarı geyimlər geyindikləri ilə bağlıdır.

Dini baxımdan Sarı uyğur türklərinin böyük əksəriyyəti buddist-lamayistdir, bir qismi isə köhnə şamanlığı davam etdirir.

Sarı uyğur dili Türk ləhcələrinin coğrafi və linqvistik əsaslara görə təsnifatında Şimal-Şərq və ya Sibir qrupunda yer alır. Bu gün əsasən Şərqi Türküstanda danışılan Uyğur türkcəsindən fərqlənən Sarı uyğurca türk dilləri arasında daha çox Xakas, Şor və Fu-yü türkcələri ilə yaxındır. Sarı uyğurların yazı dili itib və yalnız danışıqda istifadə olunur. Onların yaşadığı coğrafiyada rəsmi və təhsil dilinin Çincə olması, eləcə də bu dilin ictimai və mədəni təsirinin geniş yayılması gənclər arasında ana dilinin istifadəsini azaldıb. Bu səbəbdən UNESCO-nun 2010-cu il “Təhlükə altında olan dillər” siyahısında Sarı uyğur türkcəsi "Yox olmaq üzrə olan dillər" kateqoriyasında yer alır. Dili danışanların sayı olduqca az olduğu üçün türkoloqlar dilin yaşaması üçün təcili qoruma və dəstək lazım olduğunu bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə