İranın XİN rәhbәri Beyruta səfər edib

Abbas Erakçinin Livanın baş naziri Nəcib Mikati başda olmaqla bəzi rəsmilərlə görüşü gözlənilir

İranın xarici işlər naziri Abbas Erakçi Livanın paytaxtı Beyruta səfər edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Abbas Erakçinin Livanın baş naziri Nəcib Mikati başda olmaqla bəzi rəsmilərlə görüşü gözlənilir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi rəsmi internet səhifəsində etdiyi paylaşımda xarici işlər naziri Abbas Erakçinin başçılıq etdiyi nümayəndə heyətinin Livanın yüksək səviyyəli rəsmiləri ilə görüşmək üçün Beyruta getdiyi bildirilib.

İsmayıl Bekayi qeyd edib ki, Abbas Erakçinin Beyruta səfəri zamanı İranın 10 ton ərzaq və dərmandan ibarət humanitar yardımı Livana çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə