Moskvada 7 kafe eyni anda yanıb

Moskvada 7 kafe eyni vaxtda yanıb.

SİA xəbər verir ki, paytaxtda baş verən hadisə barədə Shot Telegram kanalında məlumat verilib.

Fövqəladə hadisə Butırski rayonunda, Skladoçnaya küçəsində baş verib.

Şahidlərin sözlərinə görə, bütün iaşə obyektləri bir binada bir-birinə yaxın yerləşib.

Kafenin içərisində çoxlu qaz balonu olub.

Yanğın ərazini qara tüstü ilə bürüyüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Bundan əvvəl sentyabrın 30-da paytaxtın “Seliger City” yaşayış kompleksində yanğının baş verməsi barədə məlumat yayılmışdı.

…Beşinci, altıncı, yeddinci və səkkizinci mərtəbələrdəki mənzillər yanıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə