İrandakı sel fəlakətində itkin düşənlər var...

Səvadkuh rayonunda baş verən seldə 2 nəfər itkin düşüb, 18 nəfər yaralanıb

İranın Mazandaran əyalətində Talar çayının daşmasıyla baş verən sel fəlakəti nəticəsində 2 qadin itib, 18 nəfər xəsarət alıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, əyalətin Səvadkuh rayonunun İcra Hakimiyyətinin başçısı Ramazan Qulami məsələ ilə bağlı deyib: "Dünən gecə (25.06.2024) Səvadkuhda baş verən seldə 18 nəfər yaralanıb".

Talar çayının daşması nəticəsində rayonda çoxlu sayda evə və əkin sahələrinə ziyan dəydiyi, 2 nəfərin itkin düşdüyü bildirilib.

Mazandaran Qızıl Aypara Cəmiyyətinin başçısı Qulaməli Fəxxari 15 və 45 yaşlarında iki qadının seldə itdiyini açıqlayıb.

Axtarış-xilasetmə işləri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə