İranın Mazandaran əyalətində Talar çayının daşmasıyla baş verən sel fəlakəti nəticəsində 2 qadin itib, 18 nəfər xəsarət alıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, əyalətin Səvadkuh rayonunun İcra Hakimiyyətinin başçısı Ramazan Qulami məsələ ilə bağlı deyib: "Dünən gecə (25.06.2024) Səvadkuhda baş verən seldə 18 nəfər yaralanıb".
Talar çayının daşması nəticəsində rayonda çoxlu sayda evə və əkin sahələrinə ziyan dəydiyi, 2 nəfərin itkin düşdüyü bildirilib.
Mazandaran Qızıl Aypara Cəmiyyətinin başçısı Qulaməli Fəxxari 15 və 45 yaşlarında iki qadının seldə itdiyini açıqlayıb.
Axtarış-xilasetmə işləri davam edir.