Avropa İttifaqına üzvlüklə bağlı referendum keçiriləcək...

Çərşənbə axşamı, aprelin 16-da Moldova Konstitusiya Məhkəməsi hakim “Hərəkət və Həmrəylik” partiyasının deputatlarının Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirmək xahişi ilə bağlı müsbət nəticə çıxarıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Avropa həqiqəti” NewsMaker-ə istinadən xəbər verir.

İndi referendumun keçirilməsi ilə bağlı yekun qərarı ölkə parlamenti təsdiq etməlidir.

Nəşr qeyd edir ki, sorğuda oktyabrın 20-də Avropa İttifaqına üzvlüklə bağlı referendumun keçiriləcəyi tarix göstərilir. Moldovalılar Avropa İttifaqına üzv olmağa səs versələr, Konstitusiyaya bir sıra düzəlişlər ediləcək.

Konstitusiyanın preambulasında Avropa kimliyi və Moldovanın Avropa inkişaf yolunun dönməzliyi qeyd olunacaq.

Həmçinin Konstitusiyada ayrıca “Avropa inteqrasiyası” maddəsi də yer alacaq.

O, Moldovanın Avropa İttifaqını yaradan müqavilələrə və Avropa İttifaqının təsis müqavilələrinə yenidən baxan aktlara qoşulduğunu göstərəcək.

Qoşulduqdan sonra bu müqavilələr və aktlar milli qanunlardan üstün olacaq.

Sorğular belə bir referendumun keçirilməsinin zəruriliyi ilə bağlı ictimai rəyin demək olar ki, yarıya bölündüyünü göstərir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə