İtaliya Fələstinə humanitar yardımları artırmaq niyyətindədir

İtaliya Fələstin əhalisinə humanitar yardımların artırılması üçün yeni təşəbbüsləri təşviq edəcək. SİA xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.

İtaliya Fələstinin mülki əhalisinə yardım etmək üçün yeni humanitar təşəbbüs irəli sürəcək. Bununla bağlı mənzil qərargahı Romada yerləşən BMT-nin bütün təşkilatları ilə əməkdaşlıq ediləcək.

Regiondakı vəziyyətin son dərəcə mürəkkəb olduğunu bildirən Antonio Tayani tərəflərin atəşkəsə nail olmasının vacibliyini vurğulayıb. Deyib ki, atəşkəs üçün bütün girovların azad edilməsi mühüm əhəmiyyət daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə