Avropa İttifaqı Türkiyə ilə əməkdaşlığa sadiqdir..?

Avropa İttifaqı (Aİ) Türkiyə ilə əməkdaşlıq və qarşılıqlı faydalı münasibətləri davam etdirməyə sadiqliyini təsdiqləyib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Avropa İttifaqı Komissiyasının sözçülərindən Ana Pisonero mətbuat konfransında prezident Rəcəb Tayyib Ərdoğanın 1 oktyabr açıqlamaları və Türkiyənin üzvlük prosesi ilə bağlı sualı cavablandıraraq deyib: “Türkiyə ilə qarşılıqlı faydalı əlaqələr qurmaq, Şərqi Aralıq dənizində sabit və təhlükəsiz mühiti qorumaq Aİ-nin maraqlarına uyğundur.

Aİ insan haqları, qanunun aliliyi, beynəlxalq hüquq və regional sabitliyə əsaslanan ümumi rifah və sabitliyə doğru konstruktiv münasibətlərə doğru irəliləmək üçün Türkiyə ilə əlaqələrə həmişə hazırdır.

Strateji və gələcəyə hesablanmış bir şəkildə irəliləmək üçün Aİ Komissiyasının Aİ-Türkiyə əlaqələrinin gedişatı ilə bağlı hazırladığı hesabat üzərində işlər davam edir və genişlənmə paketi çərçivəsində Türkiyə üçün illik hesabat tezliklə dərc olunacaq”.

Xatırladaq ki, R.T.Ərdoğan Türkiyə Böyük Millət Məclisinin 28-ci Dövrünün 2-ci Qanunvericilik ilinin açılışı münasibətilə oktyabrın 1-də TBMM ümumi iclasında etdiyi çıxışda demişdi: “Aİ-nin sözdə qalan üzvlük prosesini sonlandırmaq niyyəti varsa, bu, onların işidir. Demokratiya, ədalət və azadlıqlar baxımından lazım gələrsə, Kopenhagen Kriteriyalarını Ankara Kriteriyaları edər, yenə yolumuza davam edərik.

Bütün xəbərlər Facebook səhifəmizdə