“Türkiyəyə inanan bütün investorlara qapılarımız və ürəklərimız açıqdır”

VII Türkiyə Sərmayə Bazarları Konqresinə ünvanladığı mesajda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kapital bazarlarının daha da dərinləşməsinə və bazaya yayılmasına xüsusi önəm və prioritet verdiklərini bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

VII Türkiyə Sərmayə Bazarları Konqresinə ünvanladığı mesajda Cümhuriyyətin yüz yaşında daha güclü, daha təhlükəsiz və daha firavan Türkiyə hədəfi ilə çıxdıqları yolda dayanmadan və dincəlmədən getdiklərini vurğulayan Ərdoğan deyib: “İnkişaf və ticarətdən tutmuş qiymət balansına, maliyyə sabitliyindən insan kapitalına və məşğulluğa, yaşıl və rəqəmsal transformasiyadan fəlakətlərin idarə olunmasına, dövlət maliyyəsindən biznes və investisiya mühitinə qədər bütün əsas başlıqlarda Türkiyənin potensialı ilə real, tətbiq oluna bilən və uyğun hədəflər təyin etdik.

6 fevral Kahramanmaraş mərkəzli zəlzələlərin səbəb olduğu dağıntıları aradan qaldırmağı, sağlam və keyfiyyətli iqtisadi böyümə ilə məşğulluğu artırmağı, inflyasiyanın yenidən tək rəqəmlərə endirilməsi və gəlir bölgüsünü yaxşılaşdırmağı birbaşa investisiyaları Türkiyəyə cəlb etməyi planlaşdırmışıq.

İstanbul Maliyyə Mərkəzi ilə Türkiyəni maliyyə sahəsində mərkəz etmək istəyirik. Son 21 ildə cəmi 255 milyard dollar beynəlxalq sərmayə cəlb etmiş bir ölkə olaraq qarşıdakı dövrdə kapital bazarlarımızın daha da dərinləşdirilməsinə və bazaya yayılmasına xüsusi önəm və prioritet veririk.

Türkiyəyə güvənən, ölkəyə sərmayə qoyan, Türkiyə iqtisadiyyatının parlaq gələcəyinə inanan bütün investorlara qapılarımız və ürəklərimız açıqdır.”

Bütün xəbərlər Facebook səhifəmizdə