...Rusiya vətəndaşları xaricə səfərlər planlaşdırarkən riskləri ölçməlidirlər. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir.
Nazirlik qeyd edib ki, son vaxtlar dost olmayan xarici dövlətlərdə yerləşən rusiyalılardan daxil olan müraciətlərin sayı artıb. Məhz buna görə də, xaricdəki həmvətənlərimizə kömək etmək üçün Rusiya Xarici İşlər Nazirliyinin Situasiya və Böhran Mərkəzinin operativ növbətçiləri daim çalışırlar.
Qeyd edək ki, rəsmilər xaricə gedən ruslardan sayıqlıq və təmkin nümayiş etdirməyi “tələb edirlər”.
Məsələ burasındadır ki, xarici ölkələrin ərazisində ruslar könüllü olaraq xarici yurisdiksiyaya tabe olurlar(?), yəni onlar yerləşdikləri dövlətin qanun və qaydalarına əməl etməyə borcludurlar.
Ancaq buna baxmayaraq, onlar kömək üçün operativ növbətçilərə müraciət edə bilərlər
Bunu da Rusiya XİN xatırladıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə