ABŞ ukraynalı pilotlara F-16 təlimi keçəcək

Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder Arizona ştatının Tukson şəhərində ukraynalı pilotlar üçün planlaşdırılan F-16 təlimləri haqqında məlumat verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ukraynalı pilotlara F-16 təlimi verməyə başlayacaqlarını ifadə edən Rayder, bu təlimin "Ukraynanın uzunmüddətli müdafiəsini inkişaf etdirmək və gücləndirmək üçün beynəlxalq səyləri dəstəklədiyini" söyləyib.

Rayder həmçinin bildirib ki, oktyabrda başlaması gözlənilən uçuş təlimindən əvvəl ukraynalı pilotlar Sankt-Peterburqda təlim keçiblər. O, Antonio şəhərindəki Laklənd Beyz-də ingilis dili təhsili alacaqlarını bildirib.

F-16-nın uçuşunda dil təhsilinin əhəmiyyətinə diqqət çəkən general, bütün pilotların "təyyarəni uçurmaq üçün tələb olunan xüsusi ingilis dilini" tam anlamaq üçün kifayət qədər dil bacarıqlarına sahib olacağını vurğulayıb.

"ABŞ tərəfindən verilən təlim Avropada artıq davam edən F-16 təlimini tamamlayacaq və Danimarka və Hollandiyanın rəhbərlik etdiyi F-16 təlimlərinə dəstəyimizi daha da artıracaq", - deyə Rayder bildirib.

Hollandiya və Danimarka başda olmaqla ölkələr may ayında NATO-da geniş istifadə olunan ABŞ istehsalı F-16 döyüş təyyarələri üçün ukraynalı pilotlara təlim keçmək barədə razılığa gəliblər.

Danimarka ukraynalı pilotların 4 aydan 6 aya qədər davam edəcək təliminin başa çatması ilə ilin sonuna qədər Ukraynaya 19 ədəd F-16 tədarük edəcəyinə söz verib.

Ukrayna prezidenti Volodimir Zelenski avqustun 20-də “Teleqram” hesabında etdiyi paylaşımda Hollandiya və Danimarkadan ümumilikdə 61 ədəd F-16 alacaqlarını bildirib.

ABŞ F-16 döyüş təyyarələrini Ukraynaya çatdırmaq üçün Hollandiya və Danimarkaya yaşıl işıq yandırdıqdan sonra Zelenski avqustun 20-də Hollandiyaya, daha sonra Danimarkaya gedib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə