Ruslar ən çox Putinlə fəxr edirlər?

Ruslar ən çox Putinlə fəxr edirlər?

Müasirləri arasında ruslar ən çox prezident Vladimir Putin və xüsusi hərbi əməliyyatın döyüşçüləri ilə fəxr edirlər. Bu barədə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin Rusiya Gününə həsr olunmuş hesabatında deyilir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, guya hər ikinci respondent (49 faiz) ölkənin fəxr edə biləcəyi müasirlərinin adını çəkə bilib, birinci sırada dövlət başçısı (19 faiz) və xüsusi hərbi əməliyyatın üzvləri olan hərbi qulluqçular (14 faiz) durur. Sonra digər siyasətçilər, idmançılar və elm adamları gəlir.

Respondentlərin 11 faizi Rusiyanın son on ildə əldə etdiyi mühüm nailiyyətin Krımın ilhaqı olduğunu, 9 faizi isə şəhərlərin abadlaşdırılmasını, infrastrukturun inkişafını, yolların tikintisini və təmirini qeyd ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə