Çin hərbi istehsalda öz bacarıqlarını günü-gündən təkmilləşdirir. Hazırda dünyada dördüncü ən böyük silah ixracatçısıdır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutundan verilən məlumata görə, Çinin silahlarının indi daha təkmil olduğu bildirilir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bəzi mənbələr Çinin Rusiyaya silah göndərdiyini, həmçinin Rusiya-Ukrayna müharibəsində pilotsuz təyyarələri Rusiyaya verdiyini qeyd edirlər. Lakin bu barədə ABŞ dövlət katibi Antoni Blinken verdiyi açıqlamada bildirib ki, Çinin Rusiya-Ukrayna müharibəsində ruslara istifadə üçün silah və sursat verəcəyi ilə bağlı iddialar Pekin administrasiyası tərəfindən təkzib edilib.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB