Rusiyanın baş naziri Mixail Mişustin Türkiyə də daxil olmaqla 19 ölkə vətəndaşlarına yalnız otel rezervasiyası vasitəsilə asan viza əldə etmək imkanı verən fərman imzalayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya hökumətinin rəsmi saytında dərc olunan fərmanda Bəhreyn, Bruney, Hindistan, İndoneziya, İran, Kamboca, Çin, Şimali Koreya, Küveyt, Laos, Malayziya, Meksika, Myanma, Oman, Səudiyyə Ərəbistanı, Serbiya, Tayland, Türkiyə və Filippin qeydiyyatdan keçmiş Rusiya otellərində etdikləri rezervasiyalarla 6 ay müddətində Rusiya vizası ala biləcəklərini bildirib. Qərarın martın 5-dən qüvvəyə minəcəyi vurğulanıb.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB