Baydenin Ukrayna səfərinin görünən və görünməyən tərəfləri BƏLLİ OLDU - ŞƏRH EDİLDİ
“Rusiya-Ukrayna müharibəsi elə bir dönəmə daxil olub ki, hər iki tərəf də resusların tükənmə həddinə gəlib çatıblar”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədov bildirib.
O, bildirib ki, bura insan resursu, iqtisadi resurs, hərbi resurs və s. aiddir: “Hər iki tərəf həlledici hücuma hazırlaşır. Baydenin Ukraynaya səfərinin müharibənin ildönümə yaxınlaşan bir zamanda baş verməsi Amerikadan Ukraynaya verilən dəstəyin təzahürüdür. Ümumilikdə bu səfər Qərbin Ukraynaya verdiyi dəstək və bunun davamlı hal alması haqqında bir mesajdır. Buna həm də Amerika daxili prosesləri kontekstində də baxmaq lazımdır. Çünki artıq ABŞ-da gələn ilin sonunda keçiriləcək prezident seçkiləri barədə məsələlər müzakirə olunur. Demokratlar partiyasında bununla bağlı böyük bir fraksiya var. Hansi ki, Baydeni yaşına görə növbəti dəfə partiyalarına namizəd kimi götürmək istəmirlər. Halbuki, ABŞ-da belə bir ənənə var ki, əgər hal-hazırki, prezident varsa və o senat-konqres seçkilərində məğlubiyyətə uğramırsa o zaman avtomatik olaraq gələn seçkilərdə də namizəd olur. Bayden bu göstəricini keçən il nümayiş etdirdi. Belə olan şəraitdə də Bayden öz namizədliyini irəli sürdü. Bu baxımdan Ukraynaya səfər həmçinin ABŞ-ın daxili səbəblərini də özündə əks etdirir. Yəni bununla Bayden nümayiş etdirir ki, yaşlı olmasına baxmayaraq o kifayət qədər enerjilidir. Hətta təhlükəli hesab edilən ölkələrə səfər edərək ABŞ-ın siyasətini dünyaya nümayiş etdirə bilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB