"Vəziyyət çox mürəkkəbdir" - ZELENSKİ

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qüvvələrinin Donbass bölgəsində fövqəladə itkilər verdiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski açıqlamasında Rusiya qüvvələrinin fövqəladə itkilər verdiyini bildirərək, "Vəziyyət çox mürəkkəbdir və biz döyüşürük. İşğalçıları məğlub edir və Rusiyaya fövqəladə itkilər veririk" deyib.

Ukraynanın Donbass bölgəsində aylardır münaqişələrin şiddətləndiyi bir neçə şəhərə toxunan Zelenski “Rusiya Baxmut, Vuhledar, Marinka, Kreminna, Donbassda nə qədər çox itki verərsə, bu müharibəni bir o qədər tez bitirə bilərik” -dedi.

Nurcan İsmayılova

Bütün xəbərlər Facebook səhifəmizdə