Belçika və Almaniyanın Türkiyədə zəlzələdən zərərçəkənlərə verdiyi “sürətli viza” hüququ bürokratik əngəllər üzündən istənilən qədər tez həyata keçirilə bilmir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Belçika mətbuatının yazdığına görə, bütün əşyaları dağıntılar altında qalan zəlzələdən sağ çıxanlardan Şengen vizası almaq üçün az qala “dağ sənədləri” istənilir.

Ona görə də səfirliklər və konsulluqlar nə qədər sürətlə hərəkət edirsə etsinlər, zəlzələ vizasının verilməsi hələ həftələr, hətta aylar çəkəcək. Kahramanmaraş zəlzələsindən sonra Almaniya və Belçika zəlzələdən zərər çəkən Türkiyə vətəndaşları üçün viza rejimini asanlaşdırmaq qərarına gəlib. Bu ölkələrdə qohumlarının himayəsində olan zəlzələ qurbanlarına 3 aya qədər viza veriləcək.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə