Pakistanda Vikipediya qadağan edildi

Pakistan Telekommunikasiya İdarəsi (PTA) söyüşlə bağlı məzmunu silmədiyi üçün Vikipediyanı qadağan edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, PTA-nın Vikipediyaya verdiyi 48 saatlıq müddət, sözügedən məzmunun silinməsi üçün sona çatıb.

PTA mətbuat katibi Məlahət Obaid açıqlayıb ki, Vikipediya Pakistanda dini dəyərlərə hörmətsizliklə bağlı məzmunu silmədiyi üçün qadağan edilib.

Obaid, platformanın sözügedən məzmunu sildiyi təqdirdə qadağanın nəzərdən keçirilə biləcəyini vurğulayıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə