Əfqanıstanda növbəti dəfə insanlara qarşı silahlı hücum həyata keçirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, məscidə baş verən hadisə nəticəsində 150 nəfər yaralanıb, 87 nəfər isə həyatını itirib. Baş verən hadisə ilə bağlı araşdırılmalar aparılıb. Bununla əlaqədar olaraq məsuliyyəti Pakistan Taliban komandirlərindən biri öz üzərinə götürüb. Lakin daha sonra verilən açıqlamada Pakistan Talibanının hücumla heç bir əlaqəsinin olmadığı bildirilib.
Qeyd edək ki, hücumla bağlı araşdırma başlanarkən, paytaxt İslamabadda təhlükəsizlik tədbirləri gücləndirilib.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB