Hansı şəhərdə çimərlik geyimi qadağan olunub?

Xorvatiyanın Split şəhərində insanların istifadəsinə verilən çimərliklərdə bikini və çimərlik geyimi qadağan edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, buna əməl etməyənlərin 150 avro cərimə ödəyəcəyi bildirilib.

Qeyd edək ki, bu şəhərdə ictimai yerlərdə spirtli içki qəbul edənlər 150 avro, itlərini ipsiz gəzdirənlər isə 66 avro cərimələnir.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə