Londonda binanın damı çöküb 2 nəfər çöküb

İngiltərənin paytaxtı Londonda türklərin yaşadığı Hackney bölgəsində səhər saatlarında çöl işlərinin aparıldığı binanın ətrafında tikilən dəmir skelet və binanın çölü küləkdən şiddətə tab gətirə bilməyib çöküb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerinə gələn polis və mülki müdafiə qrupları qəzada 2 nəfərin yaralandığını bildirib. Hadisə nəticəsində binanın birinci mərtəbəsində yerləşən 3 iş yerinə ciddi ziyan dəyib. Qəzadan sonra təhlükəsizlik dairəsinin yaradıldığı ərazidəki prospekt avtomobil və piyadaların hərəkətinə bağlanıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə