İndoneziyada 7 bal gücündə zəlzələ baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS), episentri ölkənin şərqində yerləşən Halmahera adasındakı Tobelo bölgəsinin 154 kilometr şimal-qərbində olan zəlzələnin 48 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.

7 ballıq zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə