Qaz balonunun partlaması nəticəsində 12 nəfər həyatını itirib

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin Lasbela bölgəsində bazarda qaz balonu partlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Lasbela komissarının müavini Murad Xan Kasi partlayışla bağlı açıqlamasında ən azı 12 nəfərin öldüyünü, 13 nəfərin yaralandığını bildirib. Balon doldurularkən partlayış baş verdiyini ifadə edən Kasi, partlayışın şiddəti ilə yanğının baş verdiyini və alovun digər mağazalara keçdiyini sözlərinə əlavə edib. Yanğının böyüməsi ilə bazardakı digər balonların da partladığını deyən Kasi, 4 mağaza və park edilmiş 12 avtomobilin də yandığını açıqlayıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə