Amerikalı “casus” Xabarovskdan geri göndərilib

Rusiyanın region polisinin mətbuat xidməti, Xabarovsk diyar hakimiyyəti Pentikostallığı təbliğ etmək üçün Rusiyaya gələn ABŞ vətəndaşını ölkədən zorla çıxardığını bildirib. Qeyd edək ki, pentikostallar bütün protestant hərəkatlarının ən böyüyü olan Dünya Pentikostal Təqaüdünün davamçıları olan yevangelist xristianlardır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 69 yaşlı amerikalı Rusiyanın Xabarovsk diyarına qonaq vizası ilə gəlib.

Eyni zamanda, o, yerli Pentikostal icmasında sənədlərdə göstərilən səfərin məqsədləri ilə ziddiyyət təşkil edən xütbələr söyləyid.

Qeyd edək ki, Rusiyanın polis əməkdaşları xarici vətəndaş tərəfindən Rusiya Federasiyası ərazisində olma qaydalarını pozduğuna görə, amerikalı təbliğatçıya qarşı inzibati iş başladıblar.

Belə ki, məhkəmə ABŞ vətəndaşını təqsirli bilərək onu 2000 rubl cərimə və Rusiyadan məcburi deportasiya edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə