Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC Azərbaycan və Rusiyanın birgə buraxılışı olan iki yeni poçt markası nəşr etdirib. SİA-nın məlumatına görə, markalar müasir memarlıq mövzusuna həsr edilib.
Markalardan birinin üzərində ön planda Qız qalası, arxa planda isə Alov qüllələri təsvir olunub.
Rusiyaya həsr edilmiş markanın üzərində isə ön planda Moskva Kreml, arxa planda Moskva-Siti kimi tanınan Moskva Beynəlxalq Biznes Mərkəzinin təsviri öz əksini tapıb.
Qeyd edək ki, poçt markalarının nominal dəyəri 0,6 manat təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB