Aktuallığını saxlayan axtarış sistemi

Telefon nömrəsi üzrə axtarış sistemi öz aktuallığını saxlayır. Avqustda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Elektron hökumət" portal üzərindən ən çox istifadə edilən 5 elektron xidmətindən biri "Telefon nömrəsi üzrə axtarış" xidməti olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ötən ay bu xidmətdən 66694 dəfə istifadə olunub.

Xidmətdən yararlanmaq istəyən istifadəçi telefon nömrəsini daxil etdikdən sonra bir sıra məlumatları əldə etmək imkanına malik olur. Bu məlumatlar içərisində nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növü, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. qeyd etmək olar.

İstifadəçilər həmçinin e-xidmət vasitəsi ilə borclarını onlayn şəkildə ödəyə bilirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə