Əməli yaddaşa malik olmayan serverlər yaradılıb

Əməli yaddaşa malik olmayan serverlər yaradılıb

Tədqiqatçılar əməli yaddaşa malik olmayan serverlərdən şəbəkə yaradıblar. Bu zaman əməli yaddaş funksiyasını "SSD" daşıyıcılar icra edir. Layihənin müəllifləri iddia edirlər ki, bir sıra sahələrdə bu kimi sistemlərin tətbiqi standart arxitekturaya malik serverlərlə müqayisədə daha ucuz və səmərəlidir.

ict.news saytı xəbər verir ki, Massaçusets Texnologiya İnstitutunda (MTİ) çalışan tədqiqatçıların yaratdığı serverdə əməli yaddaş əvəzinə fləş-yaddaşdan istifadə olunur.

Məlumatlar emal edildikdə əməli yaddaşda (DRAM) saxlanılır. Disklə müqayisədə prosessor məlumatları əməli yaddaşa min dəfə daha sürətli yaza və oxuya bilir. Lakin böyük məlumatlar erasında hətta ən güclü serverlərdə əməli yaddaş kifayət etmir.

Buna görə MTİ-nin mühəndislərinin təklif etdiyi server konstruksiyasında prosessor disk daşıyıcısı ilə əlaqə saxlayır.

Fləş-yaddaş 10 dəfə daha ucuzdur və əməli yaddaşla müqayisədə elektrik enerjisinin istehlakı baxımından daha səmərəlidir. Lakin eyni zamanda 10 dəfə daha zəif işləyir. Tədqiqatçılar bildirir ki, onlar bu problemi xüsusi alqoritmlərin köməyi ilə həll ediblər.

Artıq yeni texnologiyanın səmərəliliyi sübut olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə