"Apple" radiosiqnalların qəbulu və ötürməsi keyfiyyətini artırmağı nəzərdə tutur. Gələcəkdə buraxılacaq "iPhone" smartfonlarının korpusunun bir hissəsi plastik haşiyə ilə təmin ediləcək.
Məlumata görə, onların hesabına "Apple" radiosiqnalların qəbulu və ötürməsi keyfiyyətini artırmağı nəzərdə tutur. Bu barədə "ICTnews" elektron xəbər xidməti bildirir.
Haşiyə smartfonun daxilində yerləşmiş qəbuledici və ötürücü antenləri elektriklə ayıraraq interferensiyanın yoxluğuna zəmanət yaradır.
"Apple" şirkəti, "iPhone" korpusu və "MacBook" taçpadları üçün istifadə edilən anodlaşdırılmış metala oxşar kompozit materialın yaradılması üçün patent əldə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB