Mobil rabitə operatorlarına yeni tezliklər ayrılacaq

Mobil rabitə operatorlarına yeni tezliklər ayrılacaq

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil rabitə operatorlarına LTE şəbəkəsini genişləndirməsi üçün yeni tezlik diapazonundan istifadə etməyə icazə verəcək. SİA-nın məlumatına görə, Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun verdiyi məlumata əsasən, bu ilin sonuna kimi artıq 800 MHz tezliklərinin bir hissəsi boşaldılaraq LTE şəbəkəsinin qurulmasında istifadəsi üçün operatorlara icazə veriləcək.

"Bununla biz LTE texnologiyasının ölkənin bütün ərazisində yayılmasına imkan yaradacağıq. Hazırda "3G" şəbəkəsi ölkə regionlarında yetərincə əhatə dairəsini genişləndirib. Lakin "4G" şəbəkəsi yalnız Bakıda və bəzi ətraf ərazilərdə işləyir. Biz isə bu texnologiyanın əsasən ucqar dağ regionlarında tətbiqini, bütün ölkə ərazisinin internetlə və rabitə ilə təmin edilməsini istəyirik", - deyə nazir müavini qeyd edib.

İ. Məmmədovun sözlərinə əsasən, nazirlik yaxın iki il ərzində, istifadəsi dünya üzrə artıq dayandırılan GSM texnologiyasını Azərbaycanda da dayandırmaq niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə