Rəqəmli şəbəkədə hüquqların idarə edilməsilə bağlı layihə hazırlanıb
"Azərbaycanda Əqli Mülkiyyət Hüquqlarının Təminatı və Piradçılığa qarşı Mübarizə Haqqında Qanun qəbul olunub. Qanunun tətbiqinə dair ölkə prezidenti müəyyən tapşırıqlar verib və axın zamanda bu sahədə işlərin həyata keçirilməsinə başlanılacaq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.
O bildirib ki, hazırda dünyada və Azərbaycanda virtual məkanda hüquqların müdafiəsi sahəsində çox böyük problemlər var: "Azərbaycanda "Əqli Mülkiyyət Hüquqlarının Təmiatı və Pirtadçılığa Qarşı Mübarizə haqqında qanun" qəbul olunub. Qanunun tətbiqinə dair ölkə prezidenti müəyyən tapşırıqlar verib. Yaxın zamanda bu sahədə işlərin həyata keçirilməsinə başlanılacaq".
Kamran İmanov rəqəmli şəbəkədə hüquqların idarə edilməsi sahəsində də problemlərin olduğunu deyib: "Bununla bağlı Müəllif Hüquqları Agentliyi Avropa İttifaqının doqquz dövlətilə birlikdə mürəkkəb bir layihə hazırlayıb. Bu layihədə rəqəmli hüquqlar və onların bazası yaradılıb. Hüquqların internetdə monitorinqi birbaşa lisenziyalaşdırılıb və bir pəncərədən idarə edilməsi nəzərdə tutulub. Bunların hamısı qanun tərəfindən legitimləşdirilib, biz tərəfdən isə ölkə rəhbərinin tapşırığı əsasında hazırlanıb həyata keçiriləcək. Hazırda biz bir neçə normativ-hüquqi aktın Nazirlər Kabineti tərəfindən təsdiqlənməsini gözləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB