Ən bahalı smartfon Bakıda!

Azərbaycanda işgüzar insanlar üçün premium-sinifli model kimi təqdim olunan "BlackBerry Q10" smartfonun satışına başlanılıb. Britaniya riteyleri "Selfridge & Co" nun (premium-sinifli məhsulların satışları üzrə Britaniya riteylerlərindən biri) yaydığı məlumata görə, "BlackBerry Q10" satılan smartfonlar arasında ən bahalısıdır. İKT İnformasiya Mərkəzindən SİA-ya verilən məlumata əsasən, sözügedən smartfonun pərakəndə satış qiyməti 940 manat təşkil edir və o, hazırda Azərbaycan bazarında satılan ən bahalı smartfondur.

Qeyd edək ki, "BlackBerry Q10" smartfonu çox yaxşı spesifikasiyaya malikdir: 720 х720 icazəli 3,1-düymlük displey, 1,5 GHz-lıq ikinüvəli Snapdragon prosessoru, 2 GB-lıq əməli yaddaş, 16 GB-lıq genişləndirilə bilən yaddaş, 8-meqapiksellik arxa və 2-meqapiksellik ön kameralar.

Böyük Britaniyanın ən məşhur riteylerlərindən biri olan "Selfridge & Co" şirkətinin məlumatlarına əsasən yeni "BlackBerry Q10" şirkətin şəbəkəsində bu günə kimi satılmış smartfonlar arasında ən yaxşı satılandır.

Qeyd edək ki, "BlackBerry Q10" ABŞ-da da bir çox müsbət rəylər alıb. "USA Today" nəşrinin əməkdaşı Ed Beyq hesab edir ki, "BlackBerry" nin əvvəlki modellərinin həvəskarları QWERTY fiziki klaviatura sayəsində çox böyük məmnuniyyətlə yeni modelə keçəcəklər: "Keçmişdə "Research in Motion" kimi tanınan şirkət nə vaxtsa fiziki klaviaturalı smartfonlar bazarını ələ keçirdi və indiyə kimi onu saxlayır. Görünür ki, "BlackBerry Q10" fiziki klaviaturaya üstünlük verən "BlackBerry" pərəstişkarları üçün əla bir həlldir".

Bütün xəbərlər Facebook səhifəmizdə