40 gün ərzində 4,6 milyon "Sony Xperia Z" satıldı FOTO

40 gün ərzində 4,6 milyon "Sony Xperia Z" satıldı FOTO

"Sony" şirkəti "Xperia Z" smartfonunu ilin əvvəlində Las Veqasda keçirilmiş CES 2013 sərgisində təqdim etdi. SİA-nın məlumatına görə, satışa başlandığı andan sonrakı 40 gün ərzində "Sony" 4,6 milyon "Xperia Z" sata bildi. Buna qurğunun erkən relizi və onun texniki göstəriciləri səbəb oldu.

Nə qədər ki digər Android-vendorları öz flaqmanlarını təqdim etməmişdi, "Sony" artıq fevralda yeni smartfonunu bazara çıxardı. "HTC" şirkəti "One" smartfonun satışlarına yalnız bir aydan sonra, həm də sadəcə 3 bazarda başladı; "LG" şirkəti "Optimus G Pro" smartfonunu fevralın sonundan Koreya və Yaponiya bazarlrında satmağa başladı; "Samsung" şirkəti isə "Galaxy S4" smartfonunu ancaq aprelin ikinci yarısında satışa çıxaracaq. Məhz elə bu səbəblərdən də "Sony" qeyd olunan göstəricilərə nail ola bildi.

Analitiklərin sözlərinə əsasən, bu modelin müvəffəqiyyətinin ikinci səbəbi, onun texniki göstəriciləri, su və toza qarşı dayanıqlılığıdır (IP55 və IP57 sertifikatlaşması 1 metr dərinliyədək suda batmağa davam gətirir).

Qeyd edək ki, "Sony Xperia Z" smartfonu takt tezliyi 1,5 GQz olan dördnüvəli Qualcomm Snapdragon S4 Pro prosessoru, 2 GB-lıq əməli yaddaş, Mobile BRAVIA Engine 2 texnologiyalı 5-düymlük 1080 x 1920 Reality Display ekranı, 16 QB daxili yaddaş (microSD-lərin dəstəklənməsi imkanı), HDR-videon dəstəkləyən Exmor RS matrisalı 13-meqapiksellik kamera, həmçinin Exmor R matrisalı 2-meqapiksellik ön kamera ilə təchiz edilib.

Qurğunun ön və arxa panellərində zərbəyə davamlı qabıqla örtülmüş, bərkidilmiş şüşədən istifadə edilib; bütün girişlər isə rezin qapaqlarla bağlanıb. Bununla belə, smartfonun qalınlığı 7,9 mm, çəkisi - 146 qram, çıxarılmayan akkumulyatorun həcmi isə 2330 mAh təşkil edir. Smartfon Android Jelly Bean əməliyyat sistemi üzərində çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə