Endi Rubin Google-un mobil tətbiqlər üzrə baş vitse-prezidenti postundan gedir. SİA xarici mətbuata istinadən xəbər verir ki, cümə axşamı bunu Google-un baş direktoru Larri Peyc şirkətin rəsmi bloqunda açıqlayıb. Bu vəzifədə o, Android platformasının yaradılmasına rəhbərlik edib.
Rubini bu vəzifədə Sindar Piçay əvəz edəcək. O, yeni vəzifəni hazırda tutduğu vəzifə ilə birgə icra edəcək. Piçay hazırda "Chrome brauzeri" və "Google Apps" proqramlarının yaradılması üzrə baş vitse-prezident vəzifəsində çalışır.
Məlumat üçün bildirək ki, ilk Android əməliyyat sistemi 2008-ci ildə meydana çıxıb. Bu platformada çalışan ilk qurğu isə HTC Dream olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB