İngiltərədə aparılan araşdırmada cib telefonlarda bakteriyaların yaşadığı müşahidə olunub. İngiltərədəki "Surrey" Universitetinin Mikrobiologiya hissəsinin tələbələri cib telefonlarında bakteriyaların yaşadığını aşkar ediblər.
Tələbələr bu bakteriyaları laboratoriyalarda nəzərdən keçiriblər. Cib telefonunu bakteriya çıxarma qablarına qoyan tələbələr, 3 gün sonra çoxalan canlıları görüntüyə alıblar. Universitetdən Dr.Simon Park, cib telefonlarının yalnız ünsiyyət vasitəsi olmadığını, bizim şəxsi izlərimizi də daşıdığını söyləyir. Bakteriyaların hamısı zərərli deyil. Ancaq, "Staphylococcus aureusgibi" kimi təhlükəli bəzi bakteriyalar da telefonlarda görülə bilir. Bu bakteriya, "Xəstəxana infeksiyası" olaraq adlandırılır. Telefonların klaviaturaya sahib olması, daha çox bakteriya daşımalarına səbəb olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB