Samsung şirkəti fevralın 24-də rəsmi olaraq 8 düymlü Galaxy Note 8.0 planşetini təqdim edib. Planşet fevralın 25-də Barselona şəhərində başlayacaq Mobile World Congress sərgisində nümayiş etdiriləcək.
Qurğu 1,6 QHs takt tezlikli dördnüvəli Cortex-A9 prosessoru, 2 QB əməli yaddaş və 16-dan 32 qiqabayta qədər daxili yaddaşla (həmçinin microSD yaddaş kartları üçün slot mövcuddur) təchiz olunub.
Planşetin ekranının təsvir ölçüsü 1280x800 nöqtə təşkil edir. Galaxy Note 8.0 planşetinin çəkisi 338 qramdır və Android 4.1.2 əməliyyat sistemi ilə işləyir. Planşetin özəlliyi ondan ibarətdir ki, onu telefon kimi istifadə etmək olar. Qurğunun 2013-cü ilin aprel-iyun aylarında satışa çıxarılacağı gözlənilir. Qiymət haqqında məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB