Əlirza Yəqubinin bu ixtirası Beynəlxalq Ceyms Conson mühandislər konkursunda ən yaxşı layihələrdən biri hesab olunub
Son zamanlarda aviauçuşların qiymətində azalmalar müşahidə olunsa da, birinci sinif yerlər üçün biletlərin qiyməti hələ də baha olaraq qalır. Bu səbəbdən bir çoxları qənaət etmək məqsədiylə "ekonom-klass" deyilən ucuz yerlərlə kifayətlənməli olurlar. Bu da o deməkdir ki, ən sürətli nəqliyyat, bu seçimi etmiş insanlar üçün həmçinin də ən narahat səfər kimi yadda qalır.
Uzunmüddətli uçuşlarda çoxlu əziyyətlər çəkmiş iranlı tələbə-dizayner Əlirza Yaqubi bu problemin həllini tapıb. Onun ixtira elədiyi ucuz və keyfiyyətli, həmçinin erqonomik AirGo oturacaqları sayəsində sərnişinlər "ekonom-klass"da oturmalarına baxmayaraq, səfərdən həzz ala biləcəklər.
Bu unikal kəşf geniş məkan şəraiti yaradır ki, bunun da sayəsində sərnişin yata, oxuya və idarəolunan ekran vasitəsilə dincələ bilir. Kürəyə əla dəstək olan və tərləməyə qoymayan, bərk, hava keçən neylon lifdən hazırlanan kreslo əl tutacağı və ayaq qoymaq üçün idarəolunan dəstəklə də təchiz olunub.
Əlirza Yəqubinin bu işi, tələbələrin ixtira fəaliyyətlərini stimullaşdıran beynəlxalq yarış - Ceyms Conson mühandislər konkursunda 50 ən yaxşı layihələrindən biri hesab olunub.
Qeyd edək ki, konkursda iştirak etmək üçün layihə hər hansı bir ciddi problemin həlli olmalıdır. Tələbənin bu konseptin faydalılığını nəzərə alaraq sidq ürəklər Əlirza Yaqubluya dəstək ola bilərik. Onu da bildirək ki, beynəlxalq finalçılar oktyabrın 18-də, qaliblər isə noyabrın 8-də elan olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB